Neftçalada elektrik cərəyanı tibb bacısını vuraraq öldürüb

Cəmiyyət

Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Neftçala şəhərində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1973-cü iltəvəllüdlü Məmmədova Pərvanə Cəbrayıl qızı yaşadığı ünvanda iş görərkən, işlək vəziyyətdə olan su mühərrikindəki elektrik cərəyanı onu vurub.

Qadın hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, P.Məmmədova Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir