“Napoli” qələbə qazanaraq liderlə eyni xala yüksəldi – VİDEO

İdman

İtaliya A Seriyasının 30-cu turunda “Napoli” evində “Udineze”ni qəbul edib.

Qarşılaşmaya fəal başlayan qonaqlar 22-ci dəqiqədə G.Delofeunun qolu ilə hesabda önə çıxıblar. İkinci hissədə hücumlarının kəsərini artıran “Napoli” 52-ci dəqiqədə V. Osimhenin qolu ilə hesabı bərabərləşdirib.

Futbolçu 63-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vurub – 2:1.

Qarşılaşmanın 83-cü dəqiqəsində “Udineze” azlıqda qalıb, qonaqların heyətində P.Mari qırmızı vərəqə alıb.

Qələbə sayəsində “Napoli” lider “Milan”la xallarını bərabərləşdirib.

Qeyd edə ki, “Milan” da 63 xala sahib olsa da, hələlik ehtiyatda bir oyunu var.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir