Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin Gəncə şəhərində seçicilərlə növbəti görüşü keçirilib.
102info.az Modern.az istinadla xəbər verir ki, vətəndaş qəbulu zamanı seçicilər səhiyyə, təhsil, əlillik və pensiya təminatı, məşğulluq, və s. sahədə üzləşdikləri problemləri qaldırıblar. Müraciət edən vətəndaşların yerli xarakterli problemlərinin əksəriyyəti deputat tərəfindən həll edilib.
Digər məsələlər isə qeydiyyata alınıb və icra olunması üçün deputat sorğuları və məktub formasında hazırlanaraq aidiyyati üzrə yönləndirilməsi işlərinə başlanılıb.







