Mundialda pley-off mərhələsi: Türkiyə millisi Portuqaliyaya qarşı – AFİŞA

İdman

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start veriləcək.

“102info.az”un məlumatına görə, əvvəlcədən planlaşdırılan altı qarşılaşmadan dördü baş tutacaq.

A yolunda Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Bu səbəbdən Valeri Karpinin başçılıq etdiyi komandaya texniki məğlubiyyət verilib. Polşa yığması isə birbaşa finala vəsiqə qazanıb. Bu kolektivin həlledici görüşdəki rəqibi İsveç – Çexiya matçının qalibi olacaq.

B yolunda Şotlandiya – Ukrayna görüşü eyni səbəbdən iyun ayına təxirə salınıb. Bu qrupun yeganə matçında Uels seçməsi evdə Avstriyanı sınağa çəkəcək.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. “Draqau” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Digər qarşılaşmada isə İtaliya və Şimali Makedoniya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

DÇ-2022, pley-off mərhələsi
Yarımfinal
24 mart

A yolu
23:45. Uels – Avstriya

B yolu
23:45. İsveç – Çexiya

C yolu
23:45. İtaliya – Şimali Makedoniya
23:45. Portuqaliya – Türkiyə

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha üç yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir