Mikroavtobusla minik avtomobili toqquşdu: Yaralılar var

Cəmiyyət

Masallıda mikroavtobusla “VAZ” markalı minik avtomobili toqquşub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Qarğalıq kəndi ərazisində baş verib.

Sürücülər xəsarət almasalar da, mikroavtobusda olan Qədirli kənd sakinləri 1971-ci il təvəllüdlü Salayeva İlhamə Malik qızı, 1977-ci il təvəllüdlü Camalova Südabə Frut qızı və 1980-ci il təvəllüdlü İslamova Günel Beytulla qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Təcili Tibbi Yardım xidmətinin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir