Merefa şəhəri atəşə tutuldu: Çox sayda ölən və yaralanan var – FOTO

Dünya

Xarkov vilayətinin Merefa şəhərinin rusiyalı hərbçilər atəşə tutulması nəticəsində 21 nəfər həlak olub, daha 25 nəfər yaralanıb.

Bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti “Facebook”-da məlumat yayıb.

Məlumatına görə, martın 17-də Rusiya hərbçiləri şəhəri artilleriya vasitələrindən atəşə tutub. Nəticədə ümumtəhsil məktəbi və şəhər mədəniyyət evi dağıdılıb.

“21 nəfər həlak olub. 25 nəfər yaralanıb, Onlardan 10-nun vəziyyəti ağırdır. Dağıntıların təmizlənməsi üzrə işlər davam etdirilir”, – məlumatda deyilir.

Artıq qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı müharibə qanunlarının və qaydalarının pozulması faktı üzrə ibtidai istintaq başlayıb.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir