Mayk Tayson dişlənmiş qulaq formasında konfet satacaq – FOTO

İdman

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson dişlənmiş qulaq formasında hazırlanmış konfeti təqdim edib.

Məhsula “Mike Bites” adı verilib.

Konfet öz formasını 1997-ci ilin iyununda baş tutan Tayson və Evander Holifild arasındakı qarşıdurmaya borcludur. Məhz bu görüşdə Dəmir Mayk rəqibinin qulağını dişləyib və nəticədə onun ağır çəkidə lisenziyası ləğv edilib.

Qeyd edək ki, “Mike Bites” marixuanadan hazırlanır. Konfetlər Massaçusets, Kaliforniya və Nevada ştatlarında satılacaq.

Xatırladaq ki, Tayson 1987-1990-cı illərdə ağır çəkidə dünya çempionu olub.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir