“Marvel” komiksi hərracda 2,4 milyon dollara satıldı

Dünya

Marvel komikslərinin ən nadir ilk buraxılışı 2,4 milyon dollara alıcı tapıb.

“ComicConnect” tərəfindən keçirilən hərracda satışa çıxarılan nüsxə 1939-cu ildə nəşr olunan “Marvel Comics”in ilk nömrəsi idi.

Onun üzərində müəlliflərinin qonorarı ilə bağlı naşirin əlyazma qeydləri var. Məsələn, qeydə görə, komiksin üz qabığını çəkən rəssam Frank R. Paul 25 dollar alıb.

Nadir nüsxənin alıcısının adı açıqlanmayıb.

Mənbə: lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir