Makron Putinlə Ukraynanı müzakirə edib

Dünya

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Söhbət zamanı Moskva və Kiyev arasında danışıqların gedişatı nəzərdən keçirilib.

Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya lideri mümkün razılaşmaların əldə olunması üçün fundamental yanaşmalarını dilə gətirib.

Ümumilikdə, Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsinin davam etdirilməsi razılaşdırılıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir