Mail.ru, “Vkontakte” və “Odnoklassniki”nin sahibi müflis ola bilər

Dünya

Mail.ru, “Vkontakte” və “Odnoklassniki” saytlarının sahibi ciddi maliyyə problemlərilə üz-üzə qaldığını açıqlayıb.

Belə ki, VK holdinqi qiymətli kağızların sahiblərinə ödəniş edə bilmədiyi üçün texniki defoltla üzləşib.

Bildirilib ki, holdinqin qiymətli kağızlarının birjada ticarəti sanksiyalara görə 2022-ci ilin mart ayının əvvəlində dayandırılıb və hazırda onun bütün öhdəlikləri ödəyə biləcək vəsaiti yoxdur.

Qeyd edək ki, hazırda internet nəhəngi “Yandex” və “Ozon” onlayn mağazası da oxşar vəziyyətdədir.

Mənbə: cnews.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir