Latviya öz bazalarında “Bayraktar”ların yerləşdirilməsini istəyir

Dünya

Latviya öz bazalarında 3-6 ay müddətinə Türkiyənin “Bayraktar TB2” pilotsuz təyyarələrini  yerləşdirməsini istəyir.

Bu barədə Latviyanın müdafiə naziri Artis Pabriks bildirib.

“Türkiyənin “Bayraktar TB2” təyyarələrini bir neçə ay müddətinə Latviyada yerləşdirməsinə çox şad olardıq. Əgər onlar bizim hava qüvvələri bazalarımızda 3-6 ay müddətinə yerləşdirilsəydi, biz onları sınaqdan keçirib müşahidə missiyaları üçün istifadə edə bilərdik”, – deyən nazir bunun çox xoş bir dəstək ola biləcəyini vurğulayıb.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir