Lənkəranda piyadanı öldürən sürücü polisə təslim oldu

Kriminal

Lənkəranda piyadanın ölümünə səbəb olan sürücü özü polisə təslim olub.

“Report”un xəbərinə görə, hadisə ötən gün rayonun Vilvan kəndi ərazisində baş verib.

Gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına avtomobil vurması nəticəsində xəsarət almış şəxs gətirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil vurması nəticəsində dünyasını dəyişmiş şəxsin Viravul kənd sakini, 1965-ci il təvəllüdlü Maşallah Aydın oğlu Hüseynov olduğunu müəyyən ediblər. O, Vilvan kəndindəki restoranda aşpaz işləyirmiş. Hadisə isə M.Hüseynov işdən çıxıb evə gedərkən baş verib.

Piyadanın ölümünə səbəb olan sürücünün kimliyi də bir müddət sonra məlum olub. Hadisəni Lənkəran rayonunun Vilvan kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar Fərzizadə törədib.

O, idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Sonra özü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışıb. Amma qorxduğu üçün hadisəni özünün törətdiyini heç kimə söyləməyib.

Lakin V.Fərzizadə sonra polisə könüllü təslim olub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir