Lənkəranda avtomobil tələbələri vurub

Cəmiyyət

Lənkəranda avtomobil piyadaları vurub.

“102info.az” xəbər verir ki, hadisə akademik Zərifə Əliyeva küçəsində baş verib.

“VAZ-21015” markalı 42 BN 015 dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayon sakini, 2002-ci il təvəllüdlü Mirkənan Ramiz oğlu Əsədovu və həmyerlisi, 2003-cü il təvəllüdlü Rəvan Hidayət oğlu Həsənovu vurub.

Sürücü hər iki yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyətləri orta ağır qiymətləndirilir.

Yaralıların hər ikisinin Lənkəran Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir