İngiltərənin “Everton” klubunun baş məşqçisi Frenk Lempard komandasının vurduğu qola sevinərkən əlini sındırıb.
Bu barədə 44 yaşlı mütəxəssisin özü açıqlama verib.
“Heç nəyə yumruq atmadım. Amma iki dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Amma qazandığımız 3 xal buna dəyərdi. Bu, xüsusi bir oyun idi”, – deyə Frenk Lempard vurğulayıb.
Qeyd edək ki, “Everton” Premyer Liqanın XX turundan təxirə salınmış qarşılaşmada Aleks İvobinin 90+9-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb.
Mənbə: Sky Sports
www.102info.az