Kiyevdə yaşayış binasının raket hücumundan sonrakı görüntüləri yayılıb – FOTO

Dünya

Martın 17-də Kiyevin yaşayış massivlərindən biri raket atəşinə məruz qalıb. Atəş nəticəsində hündürmərtəbəli binaya ciddi ziyan dəyib.

Ukrayna mətbuatı paytaxtın Darnitski rayonunda yaşayış binasına düşən raketin törətdiyi dağıntıları nümayiş etdirib.

Hündürmərtəbəli binada çökmə və yanğın baş verib. Binanın texniki mərtəbəsi dağılıb, 16-cı mərtəbədəki mənzillərdə yanğın olub.

Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir