KİV: Çin Rusiyaya iqtisadi yardım göndərəcək

Dünya

Çin hökuməti artıq Ukraynadakı müharibə fonunda Rusiyaya iqtisadi yardım göndərmək qərarına gəlib.

Bu barədə ABŞ və Çin nümayəndə heyətləri arasında Romadakı danışıqların gedişi ilə tanış olan “The Guardian” qəzetinin mənbələri bildirib:

“Əvvəlcə Çini (Ukrayna böhranı ilə bağlı) mövqeyinə yenidən baxmağa məcbur etmək vacibdir. Biz yenidən qiymətləndirmənin əlamətini görmürük. Onlar artıq qərar veriblər ki, (Rusiyaya) iqtisadi və maliyyə dəstəyi verəcəklər və onlar görüşdə bu barədə danışıblar”.

Başqa bir mənbə vurğulayıb ki, Pekin Moskva ilə əməkdaşlığa ciddi yanaşır, çünki belə bir təşəbbüsün Çin Xalq Respublikasının sədri Si Çinpindən gəldiyi iddia edilir. Onun sözlərinə görə, Çin və Rusiya liderlərini “Birləşmiş Ştatlara despot kimi baxışı birləşdirir” və onların “ABŞ-ın qlobal dominantlığı dövrünə son qoymağa” kökləndiyi iddia edilir.

Bundan əvvəl “Financial Times” ABŞ-dakı mənbələrə istinadən yazıb ki, Rusiya Ukraynada hərbi əməliyyat keçirmək üçün Çinə müraciət edib.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir