Kamran Əliyev üç rayona yeni prokuror TƏYİN ETDİ

Cəmiyyət

Baş Prokurorluqda kadr islahatı olub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru, İlkin Mustafayev Ucar rayon prokuroru və İlqar Səadətov Laçın rayon prokuroru təyin edilib.

K.Əliyevin digər əmri ilə Asim Yusifov Baş prokurorluğun Dövlət Təhlükəsizliyi, Fövqəladə Hallar və Sərhəd Xidməti Orqanlarının İstintaq, Tədqiqat Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəis müavini təyin edilib. 

O, bundan əvvəl Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.

Baş Prokurorluğun Mətbuat Xidməti 102info.az-a məlumatı təsdiqləyib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir