İspaniyada benzinin qiymətinə görə tətilə başladılar

Dünya

İspaniyada yük daşıyıcıları müddətsiz tətilə başlayıblar. Bunun səbəblərindən biri də benzin qiymətlərinin qalxmasıdır.

Bazar ertəsi başlayan və qeyri-müəyyən vaxta qədər davam edəcəyi deyilən tətilin təşəbbüskarı sektorun kiçik və orta bizneslərinin 85 %-ni birləşdirdiyini iddia edən daxili və beynəlxalq nəqliyyat sektorunun müdafiəsi platforması olub.

Tətilə səbəb kimi Ukraynada münaqişənin başlamasından sonra daha da sürətlənən sektorun ağır vəziyyəti, pis iş şəraiti, benzin və dizelin qiymətlərinin qalxması göstərilib.

Bazar ertəsi Aİ-95 premium markalı benzinin litri orta hesabla 1,869 avro, dizelinki isə 1,851 avro olub. Yanacaqdoldurma məntəqələrinin sahibləri hökumətdən yanacağa görə ƏDV-ni 21 %-dən 10 %-ə endirməyi xahiş edirlər, lakin səlahiyyətlilər qərarın Avropa səviyyəsində qəbul edilməli olduğunu deyirlər.

Hələlik ilk gündə nə qədər nəqliyyat işçisinin tətilə qoşulduğu ilə bağlı rəsmi məlumat yoxdur, lakin səlahiyyətlilərin fikrincə, bu rəqəm cüzidir və ölkə daxilində məhsulların çatdırılmasında real fasilələr yoxdur.

Mənbə: RİA Novosti

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir