Azərbaycan karateçiləri daha bir mötəbər yarışın iştirakçısı olacaq.
Oxu.Az xəbər verir ki, Ümumdünya Karate Federasiyası (WKF) İrina Zaretskayanın (-68 kq), Asiman Qurbanlının (+84 kq) və Roman Heydərlinin (kata) Ümumdünya Oyunlarına qatılacağını təsdiqləyib.
Nüfuzlu multi-idman oyunlarının kişi və qadınlar arasında bütün çəki dərəcələri və kata yarışlarının hər birində 8 idmançı olmaqla 96 karateçi mübarizə aparacaq. Bu il ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarının karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək.
İştirakçılar arasında dünya və qitələrin, eləcə də Olimpiadanın qalib və mükafatçıları yer alıb. Milli komandanın üzvləri yüksək əyarlı medallara namizədlərdən sayılır.
Qeyd edək ki, XI Ümumdünya Oyunları 7-17 iyul tarixlərində keçiriləcək.
www.102info.az