İran Rusiyanın ödəmə sisteminə qoşulmaq istəyir, “Apple Pay”də isə kartlar əngəllənir

Dünya

İran Rusiya tərəfi ilə “Mir” ödəmə sisteminin kartlarını tanımaq imkanını müzakirə edir.

Bu barədə İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali jurnalistlərə deyib.

“Bu məsələ (İranın “Mir” ödəmə sistemini tamamilə tanıması – red.) də rusiyalı həmkarlarımızla müzakirə etdiyimiz gündəmə aiddir”, – Cəlali bildirib.

Bu arada bəlli olub ki, “Apple” şirkəti “Mir” ödəmə sisteminin kartları ilə ödənişləri məhdudlaşdırıb. Şirkət tədricən “Apple Pay” tətbiqindən Rusiyanın ödəmə sisteminin kartları ilə ödəmə imkanını bloklayır.

“Apple” şirkəti hazırda əlavə edilmiş “Mir” kartlarını da “Apple Pay” tətbiqindən yığışdırır”, – “Mir” kartlarının dəstəkçisindən bildirilib.  

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir