İngiltərəli gənc polisə oyuncaq sürücülük vəsiqəsi təqdim edib

Dünya

İngiltərədə polisin 56 kilometr məsafədə təqib etdiyi cinayətkarın həbsi zamanı oyuncaq sürücülük vəsiqəsi tapılıb.

21 yaşlı sürücünü bir neçə patrul briqadası və helikopter təqib edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Londonda cinayətkarı saxlamağa çalışsalar da, o, dayanmayıb və polis avtomobili Kentə qədər təqib etməli olub. Burada isə cinayətkarın benzini bitib.

Axtarış zamanı kişi Berkşir ştatının Vindsor şəhərindəki “Legoland” əyləncə parkında iki yaşında aldığı oyuncaq sürücülük vəsiqəsini təqdim edib. Belə bir sənədi almaq üçün uşaqlar Leqo bloklarından yığılmış elektromobildə parkın ətrafında hərəkət etməlidirlər.

Cinayətkarı saxlayan polisin verdiyi məlumata görə, onun avtomobilindən oyuncaq sürücülük vəsiqəsi ilə yanaşı, külli miqdarda marixuana da aşkar edilib.

Hazırda cinayətkar 2022-ci il sentyabrın 1-dək zaminə buraxılıb. O, narkotik vasitə saxlamaq və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə ittiham olunur.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir