İlham Əliyev Türkmənistanın yeni seçilmiş prezidentini təbrik etdi

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. 

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Türkmənistanın Prezidenti vəzifəsinə keçirilmiş seçkilərdə qazandığınız qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası tarixi, dini və mədəni köklərlə bağlı olduğu qardaş Türkmənistan ilə ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İkitərəfli münasibətlərdə mövcud olan yüksək səviyyəli siyasi dialoq, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə inkişaf edərək ölkələrimizin rifahına xidmət edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkmənistanın firavanlığı naminə qarşıdakı ali dövlətçilik fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir