Hikmət Hacıyev Azərbaycanın Ukraynaya humanitar yardımından danışıb

Siyasət

“Ukraynadakı humanitar böhranı görürük və Azərbaycan tərəfindən humanitar yardımlar davam edir”.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Cənab Prezidentin tapşırığına əsasən, birinci növbədə 6 milyon avro dəyərində tibbi ləvazimat Ukrayna xalqına çatdırılıb. Bu gün Azərbaycan Ukrayna xalqının ehtiyacları üçün əlavə olaraq 5,5 milyon avro civarında ərzaq məhsulları və tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərib. Bundan başqa, “SOCAR Ukrayna” təcili yardım, yanğınsöndürmə avtomobillərini pulsuz benzinlə təmin edir”, – deyə H.Hacıyev vurğulayıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir