Hacıbala Abutalıbovun “sağ əli” azadlığa çıxdı

Kriminal

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

102info.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Rasim Quliyevin cəzası dəyişərək 2 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Xatırladaq ki, sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rasim Quliyev 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri vəzifəsində çalışıb. Həmin dövrdə isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir