Güləşçimiz Avropa çempionu oldu – VİDEO

İdman

Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

97 kq-da çıxış edən idmançı finalda macarıstanlı Vladislav Baytsayevlə qarşılaşıb.

İlk dəqiqələrdən təşəbbüsü ələ alan Məhəmmədov rəqibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

Qeyd edək ki, bu gün final qarşılaşmasına çıxan Azərbaycanın digər 3 sərbəst güləşçisi – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) isə gümüş medalla kifayətləniblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir