“Miss World – 2021” beynəlxalq gözəllik müsabiqəsinin qalibi polşalı Karolina Belyavska olub.
Bu barədə müsabiqənin saytında məlumat verilib.
Mükafatlandırma mərasimi Puerto-Rikanın San-Xuan şəhərində baş tutub. Tacı “Dünya gözəli – 2019” titulunun sahibi yamaykalı Toni-Anne Sinq təqdim edib.
Müsabiqədə müxtəlif ölkələrdən, o cümlədən öz nümayəndələrini ilk dəfə “Miss World”ə göndərən iki ölkə- İraq və Somali də daxil olmaqla 97 nəfər iştirak edib. Yalnız 40 iştirakçı finala yüksəlib.
www.102info.az