Gəncədə güclü külək hasarı nənə və nəvənin üzərinə aşırıb – FOTO

Cəmiyyət

Ötən gecədən başlayan güclü külək Gəncədə fəsadlar törədib.

Oxu.Az xəbər verir ki, güclü külək nəticəsində Gəncənin əsas küçə və prospektlərində ağaclar aşıb, dam örtükləri yararsız hala düşüb.

Güclü külək səbəbindən şəhərin Nizami Gəncəvi prospektində kərpicdən hörülən hasar aşıb. İlkin məlumata görə, hadisə nəticəsində nəvə və nənəsinin xəsarət aldığı deyilir.

Şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Aidiyyəti qurumlar güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş rejiminə keçiblər.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir