Füzuli Musayevə “Tərəqqi” medalı təqdim olundu – FOTO/VİDEO

Siyasət

Füzuli Musayev “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Oxu.Az xəbər verir ki, 15 mart 2022-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının iclas zalında Tokio-2020 Yay Olimpiya və Paralimpiya oyunlarında uğur qazanan idmançı və məşqçilərin Prezident sərəncamlarına əsasən mükafatlandırılma mərasimi keçirilib.

Təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.

Təltif olunanlar arasında karate idman növündə Azərbaycanın əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə ilk SSRİ çempionu və SSRİ idman ustası, iki qat dünya çempionu, Avropa çempionu, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar İdman ustası” fəxri adlarının və 8-ci dan qara kəmər sahibi, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının 1-ci vitse-prezidenti və Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdə olub.

Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkar fəaliyyətinə, idmanın inkişafındakı səy və xidmətlərinə, ölkəmizin idmançılarının karate idmanı üzrə beynəlxalq yarışlarda layiqincə təmsil edilməsinə, özünün yüksək nəticələri və digər nailiyyətlərinə görə ölkə rəhbərliyi tərəfindən dəfələrlə layiqincə qiymətləndirilib. O, Prezidentin 2015-ci ildə “Fəxri diplomu” ilə də təltif edilib.

Füzuli Musayev hal-hazırda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi kimi əməkdaşların fiziki hazırlığı və peşəkarlığının artırılması, kütləvi idmanın inkişafı, idmançıların yetişdirilməsi sahəsində fəaliyyətini davam etdirir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir