Bu gün futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Maltada təlim-məşq toplanışında olan Canni De Byazinin yetirmələri bu ölkədə ikinci yoldaşlıq oyununa çıxacaqlar.
Yığmamız Latviya ilə üz-üzə gələcək. Dörd gün öncə Maltaya 0:1 hesabı ilə uduzan komandamız 2022-ci ildə ilk qələbəsini qazanmağa çalışacaq.
Sonuncu dəfə ötən ilin iyununda qalib gələn De Byazinin komandası kifayət qədər münasib rəqibi yenmək əzmindədir. Azərbaycan FIFA reytinqində 121-cidirsə, Baltikyanı ölkənin təmsilçiləri 134-cü pillədədirlər.
Komandamız tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gələcək. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb. Topların nisbətində də yığmamızın üstünlüyü var – 5:3.
Yoldaşlıq oyunu
29 mart
15:00. Azərbaycan – Latviya
Baş hakim: Trastin Farucia Kann (Malta)
Ta Kali. Milli stadion
www.102info.az
