Amerikalı video oyun tərtibatçısı “Epic Games” martın 20-dən aprelin 3-dək toplanan bütün “Fortnite” gəlirlərini Ukraynadakı müharibə qurbanlarına kömək etmək üçün ianə edəcək.
Bu barədə şirkətin açıqlamasında bildirilib.
“Martın 21-nə kimi biz artıq 36 milyon dollar topladıq”, – deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, toplanan vəsait real pulu olan oyunçular tərəfindən edilən bütün proqramdaxili alışlardan formalaşır.
Mənbə: unian.net
www.102info.az
