“Fitch” Ukraynaya qarşı müharibədə Rusiyanın itkilərini PROQNOZLAŞDIRIB

Dünya

“Fitch Ratings” reytinq agentliyi Ukraynadakı müharibənin Rusiya iqtisadiyyatına 1998-ci ildəki defoltdan daha çox itki verəcəyini proqnozlaşdırır.

Bu barədə agentliyin saytında məlumat verilib.

Belə ki, Rusiyaya qarşı rekord maliyyə-iqtisadi sanksiyalar fonunda ölkə iqtisadiyyatı 8% azala bilər. 1998-ci ildə defolt Rusiya ÜDM-nin cəmi 5,4% azalmasına səbəb olub.

“Fitch Ratings”in proqnozuna görə, Rusiyada istehlak inflyasiyası 2022-ci ilin sonuna kimi 18%-ə çatacaq.

Bundan əlavə, agentlik artan sayda beynəlxalq şirkətlərin ölkədən çıxması fonunda Rusiya Federasiyasına xarici investisiyaların azalacağını proqnozlaşdırır.

Mənbə: UNIAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir