Davam edən yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gün ərzində FHN-in Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.


www.102info.az