Embarqoya baxmayaraq, bəzi Avropa ölkələri Rusiyaya SİLAH SATIB

Dünya

2015-2020-ci illərdə Fransa, Almaniya, İtaliya, Avstriya, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Finlandiya və Slovakiyadan Rusiyaya 346 milyon avro dəyərində raket, bomba, silah, döyüş gəmiləri və döyüş maşınları satılıb.

Bu barədə Fransanın “Mediapart” internet saytı “Investigate Europe” adlı təşkilatın araşdırmasına istinadən xəbər yayıb.

Bu silah satışı və tədarükü 2014-cü ildən Krımın Rusiya tərəfindən qanunsuz ilhaqı səbəbindən Avropa İttifaqının Rusiyaya silah embarqosuna baxmayaraq həyata keçirilib.

Bu ölkələr arasında ən çox silah satan ölkə 152 milyon avro ilə Fransa olub. Fransa Rusiyaya kimyəvi silah satışını dayandırıb.

Almaniya 121,8 milyon avro ilə Avropa ölkələri arasında Rusiyaya ən çox silah satan ikinci ölkədir.

İtaliya həmçinin Rusiyaya “İveco” şirkətinin istehsalı olan 22,5 milyon dəyərində döyüş maşını ixrac edib. İtaliyanın LA7 telekanalının məlumatına görə, maşınlar bu ayın əvvəlində Ukraynada gedən müharibədə görünüb. İtaliya hökuməti Aİ-nin silah embarqosuna görə bu avtomobilləri mülki şirkətlərə satıb.

Digər Avropa ölkələri Fransa, Almaniya və İtaliyadan daha az dəyərli silah ixrac edib. Bunlardan bəziləri davamlı olaraq silah ixrac edib, digərləri isə 2015-ci ildə bir neçə silah tədarük etdikdən sonra ixracı dayandırıb.

Avstriya 2015-2019-cu illər ərzində Rusiyaya müntəzəm olaraq atıcı silah göndərir. Bolqarıstan 2016 və 2018-ci illərdə 16,5 milyon dəyərində döyüş gəmisi, Finlandiya, İspaniya, Slovakiya və Xorvatiya isə yalnız bir dəfə silah tədarük edib.

Araşdırma xəbərləri ilə gündəmə gələn “Disclose” media qurumunun xəbərinə görə, Fransa 2015-2020-ci illərdə Rusiya ordusunu ən son texnologiyalı hərbi texnika ilə təchiz edərək, bununla Rusiya quru və hava qüvvələrini modernləşdirib.

Fransa 2015-ci ildən bəri Rusiyaya 76 döyüş texnikası tədarük edib. Bu avadanlıqların dəyərinin 152 milyon avro olduğu bildirilir.

Fransanın 2020-ci ilə qədər Rusiyaya silah və döyüş təyyarələri satıb təhvil verdiyi və bunların Ukraynadakı müharibədə istifadə edildiyi iddia edilib.

Bu satışların Avropa İttifaqının (AB) 2014-cü il avqustun 1-dən etibarən Rusiyaya tətbiq etdiyi silah embarqosuna baxmayaraq həyata keçirildiyi vurğulanıb. Açıqlama ilə bağlı danışan Aİ Komissiyası ittifaqa üzv ölkələrin 2008-ci ildə qəbul edilmiş ortaq mövqeyə hörmət etməli olduğunu və bir ölkəyə çatdırılan silahların müharibədə istifadə edildiyi təqdirdə bu tədarüklərin dayandırılmasının lazım olduğunu bildirib.

Mənbə: Anadolu

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir