Deputatdan hökumətə israfçılıqla bağlı ÇAĞIRIŞ

Cəmiyyət

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin iclasında Azərbaycandakı israfçılıqdan danışıb.

102info.az-ın məlumatına əsasən, T.Rzayev bildirib ki, ölkədə bütün sahələrdə israfçılıq mövcuddur.

Deputat hökumətə təklif edib ki, israfçılığın qarşısını almaq üçün tədbirlər planı hazırlasın.

“Gəlin baxaq, toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur. Biz təbii ki, bunun hamısını yeyə bilmərik. Bu sadəcə israfçılıqdır. Ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk”, – deyə o əlavə edib.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir