Deputat İlham Məmmədov Yevlax şəhərinə dair təkliflə çıxış edib

Cəmiyyət

Deputat İlham Məmmədov parlamentin plenar iclasında hökumətin fəaliyyətini yüksək qiymətləndirərərək Yelax şəhərinə aid təkliflə çıxış edib.

102info.az xəbər verir ki, Milli Məclisin deputatı İlham Məmmədov Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyəti haqqında hesabata fikir bildirərərək hökumətin fəaliyyətini yüksək qiymətləndirib.

İlham Məmmədov, Milli Məclisdə hökumətin 2021-ci ildəki fəaliyyətinə dair fikirlərində qeyd edib ki, Prezident İlham Əliyevin yeni inkişaf strategiyası, post-pandemiya və post müharibə dövrü üçün əsas prioritet və çox mühüm yol xəritəsidir. Bu strategiyanın uğurla həyata keçirilməsi məhz, hökumətin uğurlu və koordinasiyalı fəaliyyətindən asılıdır. Deputat həmçinin, 2021-ci ildə hökumətin uğurlu fəaliyyəti məhz, Nazirlər kabinetinin sədri cənab Əli Əsədovun səsləndirdiyi hesabatda real statistik rəqəmlərdə öz əksini tapdığını qeyd edib.

İlham Məmmədovun fikrincə, hökumətin 2021-ci ildəki fəaliyyətinin əsas komponenti və fəlsəfəsi işğaldan azad olunmuş ərazilərimizin bərpası olub və böyük qayıdışın ilk ili olduğu üçün hökumət bu istiqamətdə hədəflənmiş vəzifələrini də uğurla icra edib.

Təkcə hesabat dövründə, 728 km respublika və yerli əhəmiyyətli yollar çəkilib ki, bu yollar işğaldan azad olmuş ərazilərimizin tez bir zamanda bərpa və yenidən qurulmasına xidmət edəcəkdir. Böyük qayıdışımızı simvolizə edən 140 km-lik Əhmədbəyli-Fizuli-Şuşa Zəfər Yolu cəmi 10 aya, Fizuli Beynəlxalq Hava yolu cəmi 9 aya inşa edilərək istismara verilib. Tək bu iki hal hökumətin uğurlu fəaliyyətinin göstəricilərindən biridir – deyə deputat açıqlayıb.

İlham Məmmədov çıxışında, eyni zamanda parlament və hökumət arasındakı işgüzar münasibətlərin də yüksək səviyyədə olduğunu nəzərə çatdıraraq bildirib ki, “Ötən ilki hesabat dövründə təmsil olunduğum Yevlax şəhərinin çox ciddi bir problemi olan, eyni zamanda, keçən əsrin 30-cu illərində Kür çayı üzərində inşa olunmuş olan Yevlax şəhərini iki yerə ayrılmış ərazisini bir-biri ilə birləşdirən körpünün qəzalı vəziyyətdə olduğunu və bununla əlaqədar, təcili tədbirlərin görülməli olduğu barədə məsələ qaldırmışam.”

O həmçinin, bu ilki hesabat dövründə bu məsələnin artıq ciddiliyi nəzərə alınaraq həlli üçün müvafiq aidiyyəti qurumlara tapşırıqlar verildiyinin sevindirici hal olduğunu diqqətə çatdırıb.

Deputat İlham Məmmədov eyni zamanda, hökumətdə Yevlax şəhəri ilə əlaqədar təkliflə də çıxış edərək Yevlax gəncləri və idmançılarının xahişlərini nəzərə çatdırıb.

O, hal-hazırda Yevlax şəhərində böyük ərazisi və idman qurğuları mövcud olan idman məktəbinin bazası əsasında idman təmayüllü internat məktəbinin qurulması rayon gənclərinin sevincinə səbəb olar, – deyə bildirib.

“Azərbaycan gəncləri öz dövlətini, Ali Baş Komandanını sevir və vətənpərvərdir. Sağlam, güclü, vətənpərvər azərbaycan gənci, həm də vətənin etibarlı keşikçisi olan əsgəridir,” – deyə deputat əlavə edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir