Deputat: “İki ildir ki, Azərbaycan xalqı bayram təbriklərində azad Qarabağı arzu etmir, azad Qarabağdan təbrik eşidir”

Cəmiyyət

Artıq bu il ikinci dəfədir ki, cənab Prezident İlham Əliyev tərəfindən Qarabağda Novruz tonqalı alovlandırılır. Ölkə başçısı ötən il Şuşada, cari il isə Suqovuşanda alovlandırdığı Novruz tonqalı ilə Qarabağa və milli adət-ənənələrə bağlılığımızı nümayiş etdirdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

M.Cəfərov qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyev tonqal ətrafında əzəli torpaqların işğaldan azad olunmasının tarixi əhəmiyyətindən ətraflı danışıb: “İki ildir ki, Azərbaycan xalqı bayram təbriklərində azad Qarabağı arzu etmir, azad Qarabağdan təbrik eşidir. Bu Azərbaycan ordusunun göstərdiyi böyük şücaətin nəticəsidir. İndi qarşıda duran əsas məsələ tezliklə məcburi köçkünlərin doğma torpaqlarında bayramlarımızı qeyd etmələrini təmin etməkdir. Bu arzumuzu da sürətli şəkildə reallaşdırmaq üçün abadlıq-quruculuq işləri dayanmadan həyata keçirilir. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev Suqovuşanda Zəfər tonqalımızı alovlandırıb, çıxış edərək bir daha bütün xalqa çatdırdı ki, biz şəhər və kəndlərimizi  bərpa edib, əvvəlkindən də gözəl diyara çevirəcəyik. Cənab Prezidentin də qeyd etdiyi kimi, azərbaycanlılar qəhrəman, həm də qurub-yaradan bir xalqdır. Еrmənilər Qarabağda  şəhər və kəndlərimizi viran qoyub, azərbaycanlılara məxsus tarixi-mədəni və dini abidələrimizə qarşı əsl barbarlıq etsələr də, Azərbaycan hökuməti Qarabağda məhv edilən hər yeri bərpa edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 – red) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad olunan ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir. Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Bu kompleks Qarabağın turizm əhəmiyyətinin daha da artmasına şərait yaradacaq. Azərbaycan hökuməti Qarabağda planladığı bütün işləri addım-addım reallaşdırır. Tezliklə Qarabağ dünyanın mühüm turizm mərkəzlərindən birinə çevriləcək”.

 

Kənan Mirzəyev

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir