De Byazi: “Yaxşı nəticələr üçün bizə təcrübəli futbolçular lazımdır” – FOTOREPORTAJ

İdman

“Əvvəlcə Novruz bayramınızı təbrik edirəm. Heyətə gəlincə, heç vaxt Eddi İsrafilovla Dmitri Nazarovu milliyə çağırmayacağımı deməmişəm. Bu qərar sadəcə, COVID-19-la bağlı idi. Həmin vaxt gənclərə şans verdik. İndi başa düşdük ki, yaxşı nəticələr üçün bizə təcrübəli futbolçular da lazımdır”.

Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Malta və Latviya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə təşkil olunan mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis bildirib ki, heyət seçimi ilə bağlı əmin olmadığı bir şey yoxdur: 

“Gənclər heyətdə qalır və onlara təcrübəli oyunçular əlavə olunur. Yeni çağırdıqlarım öz təcrübələri ilə bizə kömək edə bilər. Burada heç bir problem görmürəm”.

Təcrübəli mütəxəssis U-21 yığmasına çağırılan “Qarabağ”ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadənin daha sonra A milliyə cəlb olunmasına da münasibət bildirib: 

“Əvvəlcə onu U-21-ə buraxmaq istədim. Amma Namik Ələskərov zədələndiyindən Rüstəmi əsas milliyə çağırdım. Düzdür, bu mövsüm az oynayır, amma ona ümidim böyükdür. Azərbaycan futbolunun gələcəyi ola bilər”.

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, 29-da isə Latviya ilə qarşılaşacaq. Hər iki görüş Maltada baş tutacaq.

FOTO: Firudin Səlimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir