Danimarka Rusiya vətəndaşlarına milli valyuta və qiymətli kağızların satışını qadağan edə bilər

Dünya

Danimarka ölkədə yaşayan Rusiya vətəndaşlarına yerli valyuta olan kronun və qiymətli kağızların satışının qadağan edilməsini nəzərdə tutan qanunvericilik tədbirləri hazırlayır.

Bu barədə bazar ertəsi “Bloomberg” məlumat yayıb.

Məlumata görə, hazırda müvafiq qanun layihəsi üzərində iş aparılır.

Qadağanın təkcə Rusiya deyil, Belarus vətəndaşlarına da şamil ediləcəyi güman olunur.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir