Ceyhun Bayramov: “Azərbaycan BMT-nin müxtəlif institutları ilə sıx əməkdaşlıq edir”

Siyasət

“Azərbaycan BMT və onun müxtəlif institutları ilə sıx əməkdaşlıq edir”.

“102info.az” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu gün tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası və COVID-19 pandemiyasından sonrakı bərpa məsələləri müzakirə olunacaq.

“Dünya çətin bir dövrü yaşayır. Mövcud çağırışları həll etmək üçün çox səy göstərmək tələb olunur. Lakin bu, birgə səylər olmalıdır. Bu cür çağırışlardan biri də pandemiyadır”, – XİN rəhbəri deyib.

O, pandemiya zamanı Azərbaycanın 80-dən çox ölkəyə humanitar yardım göndərdiyini xatırladıb:

“Vaksin millətçiliyi”nin qarşısını almaq üçün çox işlər görmüş Azərbaycan Prezidenti COVID-19-a qarşı vaksinlərin bərabər paylanması kimi aktual mövzunu Qoşulmama Hərəkatı çərçivəsində dəfələrlə qaldırıb. Azərbaycan BMT-nin DİM-in icrasına verdiyi dəyəri yüksək qiymətləndirir və bu istiqamətdə fəaliyyətini davam etdirir”.

XİN rəhbəri vurğulayıb ki, Vətən müharibəsi başa çatdıqdan sonra məcburi köçkünlərin mümkün qədər tez doğma yurd-yuvalarına qayıtması üçün Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb.

C.Bayramov mina sahələrinin bu ərazilərdə bərpa işlərinin sürətini azaltdığını deyib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir