Cazibə qüvvəsi ilə qidalanan elektrik qatarı yaradılır

Dünya

Avstraliyanın “Fortescue Future Industries” şirkətinin alim və mühəndisləri Yerin cazibə qüvvəsi sayəsində hərəkət edəcək ilk qatarın hazırlanmasına başlayıblar.

Şirkət yaxın iki il ərzində bu layihəyə 50 milyon dollar xərcləməyi planlaşdırır.

Məlumata görə, ilkin adı “Sonsuzluq Qatarı” olan elektrik nəqliyyat vasitəsinin batareyalarını doldurmaq üçün onun dayanması lazım gəlməyəcək. Belə ki, batareyalar Yerin cazibə qüvvəsi sayəsində avtomatik dolacaq.

Layihənin cari onilliyin sonuna kimi reallaşdırılması planlaşdırılır.

Mənbə: focus.ua

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir