Çavuşoğlu Lavrovla Türkiyədə keçiriləcək Ukrayna – Rusiya danışıqlarını müzakirə edib

Dünya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, danışıq zamanı Ukraynadakı son yeniliklər, mövcud humanitar vəziyyət müzakirə edilib.

Həmçinin, danışığın əsas mövzularından biri də İstanbulda keçiriləcək Rusiya – Ukrayna görüşü olub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir