Cəlilabadda baş verən ağır qəzada ölənlərin kimliyi məlum oldu – YENİLƏNİB

Cəmiyyət

Cəlilabadda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

“102info.az”un məlumatına görə, hadisə zamanı VAZ-2107 markalı avtomobillə “Mitsubishi” markalı maşın toqquşub.

Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Məlikov Saleh İshaq oğlu, sərnişinlər – 1978-ci il təvəllüdlü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində həlak olublar. Onların hamısı rayonun Şabanlı kənd sakinləri olub. 

Qəza nəticəsində “Mitsubishi” markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

13:29

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, beş nəfər ölüb.

“102info.az”un məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı beş nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir