Britaniya MN: “Rusiya qoşunları Ukraynanı beynəlxalq dəniz ticarətindən məhrum edib”

Dünya

Rusiya qoşunları Ukraynanı beynəlxalq dəniz ticarətindən məhrum edib.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd olunur.

“Rusiya Hərbi Dəniz Qüvvələri Ukraynanın Qara dəniz sahillərini blokada vəziyyətinə salaraq, Ukraynanı beynəlxalq dəniz ticarətindən faktiki olaraq təcrid edib”, – deyə mesajda bildirilir.

Həmçinin nazirliyin brifinqində vurğulanıb ki, Rusiya donanması Ukrayna ərazisindəki hədəflərə raket zərbələri endirməkdədir, eləcə də Moskva Azov dənizinə bir dəfə dəniz desantı endirib və yaxın həftələrdə belə əməliyyatları davam etdirə bilər”.

Mənbə: UNİAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir