Britaniya alimləri dünyanın ən darıxdırıcı insanını müəyyən ediblər

Dünya

Britaniya alimləri dünyanın ən darıxdırıcı insanını tapmağı bacarıblar.

Tədqiqata Essex Universitetinin Psixologiya Departamentindən doktor Veinand Van Tilburq rəhbərlik edib. Mütəxəssisin sözlərinə görə, o, bu məsələni araşdırmaq qərarına gəlib, çünki insanlar “darıxdırıcı” anlayışını kifayət qədər stereotipik şəkildə müəyyən edirlər. Bu düşüncə tərzinə görə çoxları bu və ya digər insanla ünsiyyətdən qaçmağa çalışır, onların haqlı ola bilməcəyindən şübhələnirlər.

Təcrübədə tədqiqatçıların suallarını cavablandıran 500 könüllü iştirak edib. Əldə edilən məlumatlara əsasən, elm adamları ən darıxdırıcı peşələrin ilk beşliyini müəyyənləşdiriblər: məlumat analitiki, mühasib, sığortaçı, təmizlikçi, bankir.

Məlumatları daha ətraflı araşdırdıqdan sonra Van Tilburq və onun komandası dünyanın ən darıxdırıcı adamın yığılmış obrazını yaratmağa müvəffəq olub. Buna əsasən, həmin şəxs olduqca dindar, şəhərdə yaşayan və televizora baxmağı sevən biridir.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir