Bosforda mina həyəcanı: hərəkət məhdudlaşdırıldı – FOTO

Dünya

İstanbul boğazının Qara dənizdən girişində yad cisim aşkarlanıb.

Türkiyə mətbuatı xəbər verir ki, mina olduğu ehtimal edilən cismin Rusiya-Ukrayna müharibəsi ilə bağlılığı araşdırılır.

Bosfor boğazında yad cismi ilk balıqçılar görüblər. Bundan sonra sahil mühafizə xidməti onun araşdırılması və zərərsizləşdirilməsi üçün hərəkətə keçib. Gəmilərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

KİV qeyd edir ki, Rusiya gəmilərinin qarşısını almaq üçün Ukraynanın Odessa tərəfdən Qara dənizə buraxdığı minaların fırtına səbəbi ilə İstanbula qədər üzüb gəlmək ehtimalı böyükdür.

Mənbə: Ntv.com.tr

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir