“Bosch” Rusiyadakı fabriklərində istehsalı dayandırır

Dünya

 Almaniyanın “Bosch” şirkəti Rusiya Federasiyasındakı zavodlarının işini dayandırır.

Alman nəhəngi tədarük və çatdırılma problemləri səbəbindən Rusiyadan çəkilməli ola biləcəyini etiraf edib.

BBC-i qeyd edir ki, bu gediş Ukraynanın “Rusiya piyada maşınları üçün əsas komponentlərdən biri “Bosch”dan gəlir” bəyanatları fonunda baş verir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba daha əvvəl demişdi ki, “Bosch” bu komponentləri illərdir Rusiya ordusuna tədarük edir.

Hazırda Almaniyada “Bosch”un bununla Avropa İttifaqının Moskvaya qarşı sanksiyalarını pozub-pozmadığını öyrənmək üçün araşdırma aparılır.

Şirkət öz araşdırmasına başladığını və iddiaları çox ciddi qəbul etdiyini bildirir.

Ukraynadakı müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalara görə artıq 300-dən çox şirkət Rusiya bazarını tərk edib.

Əsas təchizatla bağlı problemlərə görə, bəzi Rusiya fabrikləri artıq istehsalda məcburi tətillər elan ediblər.

Analitiklər apreldə Rusiya iqtisadiyyatında defolt olacağını proqnozlaşdırırlar.

Mənbə: UNİAN

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir