BMT Ukrayndan qaçqın düşənlərin sayını AÇIQLAYIB

Dünya

Hazırda xaricə gedən ukraynalıların sayı 3 556 924 nəfər təşkil edir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilir.

Eyni zamanda, qeyd edilir ki, iki milyondan çox insan Polşa ilə sərhədi keçib.

Komissarlığın sözçüsü Metyu Soltmarş brifinqdə bildirib ki, 6,5 milyon insan ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb: “Bu, Ukrayna xalqı üçün daha bir faciəvi mərhələdir və buna bir aydan az müddətdə nail olunub”.

Onun sözlərinə görə, bu, bütün əhalinin demək olar ki, dörddə birini təşkil edir. “Bu xaricə axın və yerdəyişmə böhranının sürəti və miqyası son dövrlərdə görünməmiş haldır”, – deyə o bildirib.

Mənbə: Reuters

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir