Birləşmiş Millətlər Təşkilatı Ukraynada sülhün əldə edilməsi üçün göstərdiyi səylərə görə Türkiyəyə minnətdarlığını bildirib.
BMT baş katibinin sözçüsü Stefan Ducarrik gündəlik mətbuat brifinqində Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı danışıqları dəstəkləməyə davam etdiklərini və danışıqların uğurlu olacağına ümid etdiklərini bildirib.
“Bu kontekstdə göstərdiyi səylərə görə Türkiyəyə son dərəcə minnətdarıq”, – deyə o, bəyan edib.
Həmçinin, mətbuat katibi bəyanatların və sözlərin hərəkətə keçəcəyinə və silahların susdurulacağına ümid etdiyini deyib.
Mənbə: “Haber Global”
www.102info.az
