BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri Şuşa qalasında olublar

Siyasət

BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri Şuşa qalasına səfər ediblər.

“Report” xəbər verir ki, onlar qala ilə tanış olub və xatirə şəkli çəkdiriblər.

Xatırladaq ki, bu gün Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın yüksək vəzifəli şəxsləri, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, təşkilatın ölkəmizdə fəaliyyət göstərən agentliklərinin rəhbərləri iştirak ediblər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir