BMT-dən Rusiyanın turizm təşkilatından çıxarılmasına reaksiya

Dünya

Rusiyanın Ümumdünya Turizm Təşkilatına (UNWTO) üzvlüyünün dayandırılması zərərli presedent ola bilər.

Bunu “RİA Novosti”yə müsahibəsində BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Bildiyiniz kimi, baş katibin BMT sisteminin ixtisaslaşmış qurumu olan BMT Ümumdünya Turizm Təşkilatı üzərində heç bir səlahiyyəti yoxdur… Bununla belə, o hesab edir ki, bu, çoxtərəfli sistemin işləməsi üçün zərərli presedent yarada bilər”, – deyə Düjarrik izah edib.

Qvatemala, Litva, Polşa, Sloveniya və Ukrayna daha əvvəl Donbasdakı vəziyyətlə əlaqədar Rusiyanın BMT-nin turizm təşkilatındakı üzvlüyünü dayandırmaq üçün quruma sorğu göndərib.

Bundan sonra təşkilatın İcraiyyə Şurası Rusiyanın üzvlüyünün dayandırılması məsələsi ilə əlaqədar Baş Assambleyanın növbədənkənar iclasının keçirilməsini dəstəkləyib.

UNWTO – turizmin ümumi əlçatanlığına və turizm sənayesinin perspektiv inkişafına cavabdeh olan beynəlxalq təşkilatdır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir